Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami bir dini lideri öldürməyi planlaşdırırmış.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Hücumla bağlı araşdırma aparan müstəntiqlər Yamaqaminin anasının dini qrupa ianə verdiyi üçün müflis olduğunu açıqlayıblar.
Bildirilir ki, qatil ilk əvvəl bu dini qrupun liderinə hücum etməyi planlaşdırırmış.
Yamaqaminin iddiasına görə, Ş.Abe sözügedən dini lideri Yaponiyada dəstəkləyirmiş.