BMT-nin Cenevrədə keçirilən iclasında İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian gözləmədiyi durumla qarşılaşıb.
AzerTimes xəbər verir ki, İran XİN rəhbərinin BMT-nin iclasında çıxışı başlayan kimi müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz olaraq salonu tərk ediblər.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.