Abdullahian İrəvanda: Erməni siyasətinə qarşı çıxdı

İran bu regionda xaricilərin iştirakına qarşıdır – həm Azərbaycanda, həm də Ermənistanda.

AzerTimes xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan İran XİN rəhbəri Əmir Hüseyn Abdullahian erməni həmkarı ilə mətbuat konfransında deyib.

O, İran üçün region hökumətlərinin daxili fəaliyyətinin vacib olduğunu qeyd edib. B baxımdan “3+3” platformasını (Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran) dəstəklədiklərini qeyd edib.

Xatırladaq ki, Ermənistan AB-nin “mülki” və “texniki” missiyalarını, o cümlədən ATƏT-in “müşahidəçilərini” öz ərazisinə dəvət edib. Hazırda onların sayının 400-dən çox olduğu bildirilir. Bəzi məlumatlara görə, “mülki” missiya əslində mülki geyimli generallardır.

Regiona aid olmayan dövlətlərin regionda iştirakına qarşı çıxan İran hələ də bu barədə etirazını açıq və net şəkildə ifadə etməyib, yalnız “ümumi narazılıq” bildirib.