Abdullahian Ermənistan-ABŞ birgə təlimini tənqid etdi

Abdullahian Ermənistan-ABŞ birgə təlimini tənqid etdi

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

Abdullahian Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib.

İranlı nazir eyni zamanda regional dialoqlar və mexanizmlər, o cümlədən “3+3” formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.

Teqlər: