Abdullahian britaniyalı həmkarı ilə danışdı

Abdullahian britaniyalı həmkarı ilə danışdı

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim Nyus” məlumat yayıb.

Abdullahian bildirib ki, Tehran regionda münaqişənin genişlənməsini istəmir, lakin İsrailin hücumu, ABŞ və Böyük Britaniyanın buna qarşı susması Netanyahunu müharibəni genişləndirməyə təşviq edir.

Britaniyalı nazir isə qeyd edib ki, tərəflərin təmkinin olmaması regionda münaqişələrin daha da yayılmasına səbəb ola bilər.

Teqlər: