ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını
elan edib. Bu proqramlar “Məhsul sahibliyi”, “IT Biznes Analitik”
və “Backend proqramlaşdırma (JAVA)” istiqamətlərindədir.
Proqramlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp şirkəti
və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş
tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.
İndiyə qədər ABB Tech Akademiyasını 13 istiqamət üzrə 300-dən
çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin
digər aparıcı şirkətlərində işlə təmin olunub. Burada tədrisi
beynəlxalq dərəcəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası
əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil
tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi
inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarının
təkmilləşdirilməsinə də kömək göstərir. Yeni proqramlara buradan müraciət etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.