ABB-nin tərəfdaşlığı ilə ADA-da Karyera Həftəsi başladı!

ABB-nin tərəfdaşlığı ilə ADA-da növbəti Karyera Həftəsinə start
verilib. Aprelin 27-ə qədər davam edəcək Karyera Həftəsinin məqsədi
tələbə və məzunları ölkəmizin əmək bazarı, karyera imkanları ilə
tanış etməkdən ibarətdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi Karyera Həftəsində
müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur.
Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak
edir. Universitetin tələbə və məzunları onlarla tanışlıq, işgüzar
əlaqələr qurmaq imkanı qazanırlar.

Karyera Həftəsinin açılışında ABB-nin İdarə Heyətinin sədri
Abbas İbrahimov da iştirak edib. Abbas İbrahimov çıxışında özünün
təhsil və karyera təcrübəsini tələbələrlə bölüşüb. Universitet
illərində yaranan bu cür imkanların gələcək üçün xüsusi önəmini
vurğulayıb. Tələbələri belə fürsətlərdən faydalanmağa çağırıb.

ABB-nin İdarə Heyətinin sədri hazırda ölkəmizin bank sektorunda
gedən inkişaf proseslərinə diqqət yönəldib. Qeyd edib ki, müasir
çağırışlara uyğun olaraq sektorda baş verən yeniliklər bu sahədə
peşəkar kimi yetişmək istəyən gənclərə böyük imkanlar yaradır.
Ölkəmizin bank sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına
hədəf qoymuş ABB isə iddialı və istedadlı gənclərə dəstək olmağa
hər zaman hazırdır: “Biz istedadların inkişafı üçün
əlverişli mühit yaradırıq. Onları dəstəkləyir, müxtəlif sahələrdə
potensiallarını üzə çıxarırıq. Ən əsası isə biz istedadları hər
yerdə axtarıb komandamıza cəlb edirik. Universitetlərin belə
tədbirlərində iştirakımız da istedadlar axtarışımızın önəmli
hissəsidir”
– deyə Abbas İbrahimov sözlərinə əlavə
edib.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş Karyera Həftəsinə
20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu
qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar
dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar
alacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: