ABB-də sahibkarlar üçün “Bahar endirimi”

ABB kiçik və orta sahibkarlar üçün “Bahar endirimi”
kampaniyasına start verib. Kampaniya müddətində ABB-də məsafədən
hesab açan sahibkarlar Bankın xidmət paketlərini endirimli
şərtlərlə əldə edə bilərlər. Bu fürsətdən yararlanan iş adamları
“Standart”, “Standart+” və “İmtiyazlı” xidmət paketlərində 30%,
“Premium”, “Premium+” xidmət paketlərində isə 20% endirim
qazanacaqlar. Kampaniya 11 aprel tarixindən 30 aprel tarixinədək
keçərlidir.

ABB-nin xidmət paketlərinə sahibkarların tez-tez istifadə
etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Təqdim edilən
xidmətlərin çoxu ödənişsizdir. Belə ki, müştərilər bu xidmət
paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi,
ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi
çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi,
bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar
üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə
pulsuz istifadə edə bilərlər.

Xidmət paketlərinin 5 növü var: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Bu barədə daha ətraflı
məlumatları buradan
əldə edə bilərsiniz. ABB-də məsafədən hesabı isə buradan çox rahatlıqla açmaq
olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: