ABB Balakən və Oğuz filiallarını da yeni konseptdə müştərilərin istifadəsinə verib. Bankın Balakən filialı Balakən şəhəri, Heydər Əliyev prospekti – 254 B ünvanında, Oğuz filialı isə Oğuz şəhəri Heydər Əliyev küçəsi – 98 ünvanında müştərilərə xidmət göstərir.
Hər iki filial ən müasir xidmət standartlarına uyğun qurulub. ABB-nin tətbiq etdiyi universal xidmət təcrübəsinə uyğun olaraq burada lazımi şərait təmin edilib. Fərdi və korporativ müştərilər Balakən və Oğuz filiallarında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.