ABADA-nın yeni internet saytı təqdim olunub

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının
(ABADA) yeni internet saytı istifadəyə verilir. ABADA İdarə
Heyətinin iştirakı ilə saytın təqdimat mərasimi keçirilib.

ABADA-dan Trend-ə verilən məlumata görə, təqdimat zamanı
birliyin rəsmi internet saytının fərqli tərtibatda və geniş
formatda yenidən işlənərək hazırlandığı diqqətə çatdırılıb.

Bildirilib ki, daşıyıcıların məlumat və qərarları daha rahat
əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada
hazırlanıb.

Eyni zamanda rəsmi saytda beynəlxalq yükdaşımalarla bağlı
qanunlar, qaydalar və beynəlxalq norvativ hüquqi aktlar da öz
əksini tapıb.

Diqqətə çatdırılıb ki, www.abada.az rəsmi saytında daşıyıcların şəxsi kabinet
bölməsi də yaradılıb ki, bu da müraciətlərin daha operativ həlli
üçün xüsusi önəm kəsb edir. Saytda həmçinin ölkə üzrə “TIR
park”ların xəritəsi, ümumi istifadədə olan yük avtonəqliyyat
vasitələrinin onlayn statistikası da öz əksini tapıb.

Teqlər: