AB və Yaponiya ABŞ-a qarşı çıxdı

AB və Yaponiya ABŞ-a qarşı çıxdı

AB və Yaponiya ABŞ-ın G7 ölkələrinə Rusiyaya bütün ixracı qadağan etmək təklifinə qarşı çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yaponiyalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, yaponiyalı rəsmilər belə bir addımın mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyaya ixraca tam qadağa tətbiq etmək təklifini irəli sürmüşdü.

Teqlər: