Avropa Birliyi 2027-ci ilə kimi Ukraynaya 10-12 milyard avroluq hərbi yardım ayırmağı müzakirə edir.
AzerTimes xəbər verir ki, bu barədə “Velt am Sonntag” məlumat yayıb.
Məlumata görə, Brüssel Ukraynaya silah tədarükü üçün milyardlar ayırmaq və yaxın aylarda Ukraynaya hərbi yardımı genişləndirmək istəyir.
Nəşrin məlumatına görə, 2027-ci ilə kimi 10-12 milyard dollarlıq hərbi yardım məsələsi müzakirə olunsa da, hələlik qərar qəbul olunmayıb.