Avropa Birliyi (AB) Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Tvitterdə yazıb.
O bildirib ki, yeni paketdə Rusiyanın 121 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edilib:
“Biz Rusiyanın döyüş maşınını darmadağın etmək üçün birləşmişik. Yeni sanksiyada xüsusilə ukraynalı uşaqların deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlar hədəf seçilib”.