Avropa Birliyinin (AB) 50-yə yaxın eksperti Rusiya hərbçilərinin Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasına kömək edəcək.
AzerTimes xəbər verir ki, bunu missiya rəhbərinin müavini Frederik Uesslau deyib.
“40-50 ekspertimiz Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu cinayətlərin araşdırılmasında, sübutların toplanmasında və istintaqda istifadə olunması üçün düzgün saxlanmasında köməklik göstərəcək”, – o bildirib.
O qeyd edib ki, hazırda Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı 17 minə yaxın sübut toplanılıb.