AB missiyası müharibənin qarşısını ala bilməyəcək – Mikaelyan

AB missiyası müharibənin qarşısını ala bilməyəcək – Mikaelyan

AB-nin Cənubi Qafqazda təsir alətləri olduqca məhduddur. Onun missiyası Ermənistanla Azərbaycan sərhədində xırda insidentlərin, təxribatların qarşısını ala və ya azalda bilər, lakin genişmiqyaslı hərbi əməliyyatların qarşısını almaq iqtidarında deyil.

AzerTimes xəbər verir ki, bunu Ermənistanda Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan deyib.

O bildirib ki, müşahidə missiyası hadisə yerindən atəşkəs rejiminin pozulması barədə məlumat toplayır, sonra isə onu Brüsselə ötürür:

“Bundan sonra nə baş verəcək, hansı tədbirlər görüləcək və hansı nəticələr olacaq – bütün bunlar AB rəhbərliyindən asılıdır. AB-nin Cənubi Qafqazda aqresiyanın qarşısını almağın əsas mexanizmləri siyasi və diplomatikdir. Ola bilsin ki, missiya sərhəddə təxribatların və insidentlərin ümumi sayını azaldacaq. Amma müşahidəçilər böyük müharibənin qarşısını almaq iqtidarında deyillər. Burada qlobal sabitliyə nail olmaq üçün siyasi iradə lazımdır. Görünür, avropalılar Ermənistanın maraqlarına xələl gətirmədən uzunmüddətli sabit sülhü təmin edə bilmirlər”.

Qeyd edək ki, Ermənistanda AB-nin 100 nəfərdən ibarət uzunmüddətli monitorinq missiyası fəaliyyətə başlayıb. Missiyanın mülki olduğu elan edilsə də, onun tərkibində 50 nəfər silahlı polis var.

Teqlər: