AB İrana qarşı yeni sanksiyalar tətbiq etdi

AB İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Bu gün Brüsseldə Avropa Birliyinə daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.

AzerTimes xəbər verir ki, SEPAH “qara siyahıya” salınıb.

Bundan başqa, 18 fiziki və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub.

Qeyd edək ki SEPAH İran ordusunun əsasını təşkil edir və ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Sanksiyalara əsasən, bu qurumla bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.

Buna cavab olaraq İran parlamenti Avropa dövlətlərinin ordularını terror təşkilatları kimi tanıyan qanun layihəsi hazırlayıb.

Teqlər: