AB faydalı əməkdaşlığı sanksiya ilə əvəzlədi… – Volodin

AB faydalı əməkdaşlığı sanksiya ilə əvəzlədi… – Volodin

AB-nin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanları olsa da, onlar sanksiyalara üstünlük verdilər.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Onların qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün imkanları vardı. Lakin onlar Fransa və digər AB ölkələrinin iqtisadiyyatında bumeranq yaradan Rusiyaya qarşı qeyri-qanuni sanksiyalara üstünlük verdilər”, – Volodin bildirib.

Teqlər: