AB-dən Yaxın Şərqlə bağlı 10 bəndlik plan…

AB-dən Yaxın Şərqlə bağlı 10 bəndlik plan…

Avropa Birliyi Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, planı təşkilatın Xarici Siyasət Xidməti ərsəyə gətirib.

“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, – sənəddə qeyd edilib.

10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.

Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas müzakirə mövzusindan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.

Teqlər: