Avropa Birliyi Rusiyaya hər hansı yeni silah tədarükü həyata keçirməməklə bağlı İrana xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Şurasından bildirilib.
“Avropa Birliyi İran silahlarının, o cümlədən pilotsuz uçuş aparatlarının beynəlxalq, o cümlədən Avropa mənşəli komponentlərdən hazırlanması ilə bağlı xəbərləri böyük narahatlıqla qeyd edir və müvafiq tədbirlərin görülməsini nəzərdən keçirir”, – açıqlamada qeyd olunub.