AB-dən Gürcüstan açıqlaması: Çox narahatıq…

AB-dən Gürcüstan açıqlaması: Çox narahatıq…

Gürcüstanda baş verən hadisələrdən çox narahatıq.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb.

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir:

“Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik AB layihəsinin açarıdır”.

Qeyd edək ki, dünən Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilmişdi.

Teqlər: