AB-dən atəşkəslə bağlı açıqlama

AB-dən atəşkəslə bağlı açıqlama

Avropa Birliyi (AB) Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır.

AzerTimes xəbər verir ki, bunu AB-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano deyib.

“Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o vurğulayıb.

P.Stano həmçinin əlavə edib ki, AB tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.

Teqlər: