AB-dən Ağdam-Xankəndi yolu ilə bağlı açıqlama

AB-dən Ağdam-Xankəndi yolu ilə bağlı açıqlama

Rusiyanın Ağdam-Xankəndi marşrutu ilə humanitar yük daşımasını qeyd aldıq.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinc deyib.

“Biz bu inkişafla bağlı bütün həssaslıqları anlayırıq. Bunun yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, – o bildirib.

Qeyd edək ki, dünən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Teqlər: