AB-də hər kəs Ərdoğana möhtacdır – Etiraf

AB-də hər kəs Ərdoğana möhtacdır – Etiraf

Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarətin artmasından narahat olan bəzi Avropa Birliyi (AB) ölkələri Ankaradan Moskva ilə münasibətləri ilə bağlı izahat tələb edir.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, adının çəkilməsini istəməyən AB rəsmisinin sözlərinə görə, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artması Brüsseldə yaxşı qarşılanmayıb:

Türkiyə Ticarət Nazirliyinin rəsmisi isə nəşrə açıqlamasında ölkəsinin Moskva ilə ticarət həcmlərində önəmli dəyişikliyin olmadığını deyib.

Türkiyə tərəfinin statistik məlumatlarına əsasən, may-iyul ayları arasında Türkiyənin Rusiyaya ixracı 2,04 milyard dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 642 milyon dollar çoxdur.

İyul ayında isə Rusiyanın ixrac həcmi əvvəlki ilə nisbətən 75% artaraq 730 milyon dollara çatıb.

Başqa bir AB rəsmisi isə proseslərə münasibət bildirərkən AB-də hər kəsin bu və ya digər səbəbdən Türkiyəyə ehtiyacı olduğunu vurğulayıb:

“AB Ərdoğanın istedadını diqqətdə saxlamalıdır. Biz ona ancaq qaydalara əməl etməli olduğunu deyə bilərik”.

Teqlər: