AB-də daha bir böhran: tələb artıb, tədarükdə problem var…

AB-də daha bir böhran: tələb artıb, tədarükdə problem var…

Avropa Birliyi (AB) ölkələrində antibiotik dərman preparatlarının tədarükündə problemlər yaşanır.

AzerTimes xəbər verir ki, bunu Avropa Dərman Agentliyinin (EMA) baş həkimi Stefan Tirstrup deyib.

“Xüsusilə aktiv tərkib hissəsi amoksisillin olan antibiotiklər kimi bəzi dərmanların tapılmasında bir neçə ölkədə problemlər mövcuddur. Demək olar ki, AB-nin 27 ölkəsinin 25-də bu böhran var. Çox təəssüf ki, son aylarda da bu dərmanlara olan tələbatlar da artıb. Dərman istehsalçıları da kadr çatışmazlığı səbəbindən istehsalda problemlərlə üzləşdiklərini deyirlər. Biz antibiotik tərkibli dərmanların lazımi qaydada istifadə edilməsi ilə bağlı çağırış edirik”, – Tirstrup bildirib.

Teqlər: