AB bankları Rusiyadan SVIFT köçürmələrini qəbul etməyi dayandırıblar.
AzerTimes xəbər verir, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan bəri bəzi banklarda köçürmələr bloklanıb, bəzilərində isə sonuncu ödəniş avqust ayında edilib.
Bildirilib ki, ruslar həmçinin İtaliyanın “Poste İtaliane”, İsveçrənin “Credit Suisse”, İsveçin “Swedbank” və Yeni Zelandiyanın “Westpac New Zealand” banklarına SVİFT köçürmələri göndərə bilmirlər.