AB Bakı və İrəvana çağırış etdi

AB Bakı və İrəvana çağırış etdi

AB Bakı və İrəvanı ritorikalarını mülayimləşdirməyə, bir-birinə qarşı təhdid və ittihamlardan, eləcə də hərbi təxribatdan çəkinməyə, hansısa lazımsız gərginliyin artmasına yol verməməyə çağırır.

AzerTimes xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.

“AB Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı sülhə nail olmaq üçün atılan çoxsaylı addımlarını alqışlayır. Onların müxtəlif səviyyələrdə, formatlarda davam edən danışıqlarda iştirakını yüksək qiymətləndiririk. Bu danışıqların mürəkkəb olacağı, vaxt aparacağı aydın olsa da, sürəti qorumaq, irəliyə doğru konkret addımlar atmaq və regionda bütün insanların rifahı üçün təhlükəsiz, firavan mühiti təmin etmək vacibdir”, – o bildirib.

Teqlər: