AB bacarmır: Fransa Ukrayna üçün silah axtarır

AB bacarmır: Fransa Ukrayna üçün silah axtarır

Fransa Ukrayna üçün eksklüziv olaraq Avropadan sursat alınması ilə bağlı mövqeyinə yenidən baxır.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat dərc edib.

Bildirilib ki, AB-nin mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi tədarük etmək öhdəliyini yerinə yetirə bilməyəcəyi ilə bağlı narahatlıqlar artıb. Əgər AB mart ayına qədər öhdəliyini yerinə yetirə bilməsə, Fransa xarici təchizatçılardan satın alma imkanlarına baxacaq.

Nəşr qeyd edib ki, bu, Fransanın Avropa silah və sursatlarına üstünlük verən ənənəvi siyasətindən nəzərəçarpacaq dərəcədə uzaqlaşmadır.

Teqlər: