Bizim müşahidəçilər hər gün Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarının 3800 km-ə yaxın ərazisində patrul xidməti aparır.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı missiyası məlumat yayıb.
“Silahsız mülki AB missiyası olaraq bizim mandatımız təhlükəsizlik vəziyyəti haqqında hesabat vermək və cümə günü Arazdəyəndə olduğu kimi insidentlərdən sonra yerində yoxlanılmış məlumat toplamaqdır”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu təxminən 1000 km civarındadır. Buna görə də AB müşahidəçilərinin “3800 km-ə yaxın” sərhəd ərazisini necə “patrul” etdiyi diqqət çəkib.