AB ABŞ-a görə siyasi çəkisini itirib – Siyarto

AB ABŞ-a görə siyasi çəkisini itirib – Siyarto

Avropa Birliyi ABŞ-ın nəzarəti altına keçdiyinə görə siyasi çəkisini və rəqabət qabiliyyətini itirib.

AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“AB son vaxtlarda çəkisini, nüfuzunu və rəqabət qabiliyyətini xeyli itirib, çünki Ukraynadakı müharibəni təcrid edə bilmədi, əvəzində ona praktiki olaraq qlobal xarakter verdi, o, müharibəni dayandıra və vəziyyəti sülhə doğru çevirə bilmədi. Əksinə, münaqişə zonasına silah göndərməklə vəziyyəti daha da ağırlaşdırdı”, – Siyarto qeyd edib.

Teqlər: