Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava
şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışır, avtomobil
yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı
şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin
respublikanın avtomobil yollarında yağış və sel sularının
avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində
yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə
Agentliyin tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin
canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır
vəziyyətə gətirilib.
Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının
avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində
yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i
olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş
olunur.