A Seriyası: “İnter” “Sassuolo”ya məğlub oldu

Futbol üzrə İtaliya A Seriyasının 26-cı turu çərçivəsində “İnter” öz meydanında “Sassuolo”nu qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun qonaqların 2:0 hesablı qələbəsi
ilə yekunlaşıb. Qolları C.Raspadori (8-ci dəqiqə) və C.Skamaçça
(26) vurublar.

26 turdan sonra 54 xal toplayan “İnter” (25 oyun keçirib) turnir
cədvəlinin ikinci yerində, “Sassuolo” isə 33 xalla 11-ci yerində
qərarlaşıb.

Qeyd edək ki, lider 56 xalla “Milan” klubudur.

Teqlər: