A-Qroup-un mobil tətbiqi yenilənib

A-Qroup sığorta şirkəti zamanın tələblərini nəzərə alaraq xidmət
keyfiyyətinin yüksəldilməsi üçün daim çalışır və yerində durmur.
Xatırladaq ki, 2016-cı ildə A-Qroup sığorta bazarında müştəriləri
üçün mobil tətbiq (“A-Group Mobile Concierge”) təqdim edən ilk
sığorta şirkəti olmuşdur. Şirkətimiz müştərilərinə daha da rahat
olması üçün mobil tətbiqin funksionallığını təkmilləşdirməyə davam
edir. Nəticə – mobil tətbiq artıq bütün sığorta növləri üzrə
xidmətlərdən 24/7 rejimdə istifadə etmək imkanı ilə
genişləndirilmiş funksionallığa malik yenilənmiş versiyadadır və
interfeys dizaynı istifadəçilər üçün daha da əlverişli hala
gətirilmişdir.

“A-Group Mobile Concierge” mobil tətbiqin üstünlüyü ondan
ibarətdir ki, o, əksər proseslərin daha rahat və daha sürətli
işləməsinə kömək edir. İndi xidmətləri sifariş etmək daha asan,
daha sürətli və daha rahat oldu!

Sığortalı ofisə gəlmədən ödənişləri ödəyə, edilən ödənişləri
izləyə, yol-nəqliyyat hadisəsi barədə məlumat verə, sığorta
ödənişlərinin məbləğini öyrənə, şikayət ərizəsi yaza və bədbəxt
hadisə zamanı dəstək ala bilər. Mobil tətbiqdə bütün məlumatlar
nisbətən sadə və başa düşülən şəkildə təqdim olunur ki, istənilən
istifadəçi mobil tətbiqdə qeyd edilənləri dərhal başa düşə və
rahatlıqla istifadə edə bilsin.

“A-Group Mobile Concierge” aşağıdakıları təmin edir:

  • SOS düyməsi vasitəsi ilə A-Qroup-la təcili əlaqə:
  • xəstəlik və ya yol-nəqliyyat hadisəsi zamanı sığorta şirkətinə
    telefonla zəng vurmağa ehtiyac yoxdur. SOS düyməsini bir dəfə
    klikləməklə sığorta şirkəti yardımın hara gedəcəyini dərhal müəyyən
    edir;
  • Sığortalı özü qəza komissarını gözləmədən lazım gələrsə hadisə
    yerinə təcili yardım və ya evakuator xidmətini çağıra bilər;
  • Ən yaxın klinika, aptek və ya optikanın axtarışı:
  • klinikaların reytinqi ilə tanış olmaq;
  • xəritədə sizə lazım olan obyektə qədər olan məsafəni təyin
    etmək;
  • ən qısa marşrutu əldə etmək və klinikanı qiymətləndirimək
    imkanı;
  • Seçilmiş həkimin qəbuluna onlayn qeydiyyat, həmçinin həkim
    haqqında məlumat almaq (təhsil, ixtisas, təcrübə və s.), habelə
    həkimi qiymətləndirmək imkanı;
  • Könüllü tibbi sığorta üzrə geri ödənişlər üçün sənədlərin
    onlayn təqdim edilməsi:
  • ofisə getmədən sənədləri birbaşa tətbiqə əlavə etmək imkanı,
    ödənişi geri almaq üçün sənədlərin elektron surətini sığorta
    şirkətinin elektron ünvanına göndərmək imkanı;
  • Sığorta kalkulyatoru vasitəsilə A-Qroupun təqdim etdiyi
    istənilən sığorta müqaviləsinin (KASKO, tibbi sığorta, əmlak və s.)
    dəyərini hesablamaq və onlayn sifariş etmək mümkündür. Məsələn,
    KASKO sığortasının dəyərinin ilkin hesablanması bir dəqiqədən çox
    çəkmir və avtomobil üçün sənədlərin yüklənməsini tələb etmir.
    Sənədlər yalnız qeydiyyat üçün müraciət edərkən lazım olacaq;
  • Şəxsi kabinet – burada bütün sığorta müqavilələri üzrə
    məlumatlar saxlanılır: avtomobil sığortası (KASKO), tibbi sığorta,
    səyahət sığortası, əmlak sığortası və s. Sığorta müqaviləsinin
    bitmə tarixini xatırladan qeydiyyat. Funksional Şəxsi kabinet hər
    bir mərhələyə nəzarəti xeyli asanlaşdırır və hər hər iki tərəfin
    qarşılıqlı əlaqəsini rahatlaşdırır.
  • Sığorta hadisəsinin statusunu və qeydiyyat üzrə məlumatları
    real vaxt rejimində izləmək imkanı.

“A-Group Mobile Concierge” tətbiqi IOS və Android əməliyyat
sistemləri əsasında işləyən mobil cihazlar üçün nəzərdə
tutulmuşdur. Cihazlardan istifadə edərək 24/7 rejimdə xidmətlər
əldə etmək üçün “A-Group Mobile Concierge” mobil tətbiqini
aşağıdakı linkdən yükləmək olar:

Android – https://bit.ly/3u7Tblr

iOS – https://apple.co/3DD080Q

A-Qroup-un həyata keçirdiyi bütün innovativ və təkmilləşmə,
xidmətlərin və proseslərin mərkəzində həmişə müştəri, onlara qayğı
və gözləntilərini qarşılamaq istəyi dayanır. İndi “A-Group Mobile
Concierge” mobil tətbiqinin yenilənmiş versiyası ilə xidmətlərin
sifarişi daha da asan, sürətli və daha rahat oldu! A-Qroup
müştərilərin rahatlığı üçün mobil tətbiqinin funksionallığını
təkmilləşdirməyə davam edir.

Tətbiqi quraşdırın və ofisə getməyə vaxt sərf etməyin! Bu çox
sadədir!