Rusiya aviaşirkəti Mahaçqala-Bakı reysini bərpa edir

Rusiyanın “Utair” aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu
ilə uçuşları bərpa edir.

Trend bu barədə
Mahaçqala hava limanının mətbuat xidmətinə istinadən məlumat
verir.

Qeyd olunur ki, reyslər həftədə iki dəfə, cümə və bazar günləri
yerinə yetiriləcək.

Mahaçqaladan saat 15:00-da yola düşən təyyarə 17:30-da Bakıda
eniş edəcək. Əks istiqamətdə isə təyyarə Bakıdan 18:30-da havaya
qalxacaq, yerli vaxtla 18:30-da Mahaçqalaya çatacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: