Xarkov atəşə tutuldu: ölənlər var

Xarkov atəşə tutuldu: ölənlər var

Xarkovun artilleriyadan atəşə tutulması nəticəsində iki mülki şəxs həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayət şurasının rəhbərinin müşaviri Nataliya Popova Feysbuk səhifəsində məlumat yayıb.

“Rusların Xarkovu atəşə tutması nəticəsində yaralananların sayı 4-ə çatıb. İlkin məlumata görə, iki nəfər ölüb”, – Popova bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərdən birinə hadisə yerində tibbi yardım göstərilib.

Teqlər: