Nazirlikdən qazilərin narazılığı ilə bağlı açıqlama

Vətən müharibəsi iştirakçılarının müraciətlərinə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daim xüsusi qayğı və
həssaslıqla yanaşılır. Bu gün Nazirliyə müraciət edən bir qrup
müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri
tərəfindən diqqətlə dinlənilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
məlumat verilib.

Qeyd olunub ki, onların müraciətləri əlilliyin
qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət
qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər
görüləcək.

“Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və
müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin
qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam
etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial
ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz,
eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas
yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir.

Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından
bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək,
buradakı komputer avadanlıqlarını, giriş qapısını, turniketi
sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da
tədbirlər görüləcək. Əlavə məlumat gün ərzində veriləcək”, – deyə
məlumatda bildirilib.

Teqlər: