Opera və Balet Teatrının təmiri ilə bağlı işlər nə yerdədir?

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir
və bərpa işləri sürətlə davam edir.

Bu barədə AzerTimes-a mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri
Şükufə Ağamirzəyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda binanın fasadı təmir olunur. Bu gün
teatrın damında iki yeni günbəz quraşdırılıb.

“Artıq mövsümü başa vurmaq üzrəyik. İyun ayının 4-də sonuncu
tamaşanı göstərəcəyik. Mövsümü bağlayıb, zalı təmir üçün
inşaatçılara təhvil verəcəyik. Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrında yeni mövsüm adətən sentyabrın 18-də açılır. O
tarixədək teatrın içində təmir işləri yekunlaşmazsa, yəqin ki, bizə
başqa yerdə müvvəqqəti tamaşa zalı ayırılar”, – deyə o
bildirib.

Teqlər: