Macarıstan şirkəti “Azəri-Çıraq-Günəşli” üzrə hasilat həcmini açıqlayıb

2022-ci ilin birinci rübündə Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarında hasilatı sutkada 15,4
min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə
şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin birinci
rübündə hasilat 20 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 23 faiz
azalıb

Qeyd edək ki, “MOL Group” tərəfindən “Azəri-Çıraq-Günəşli”
blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması
üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: