Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
5 may 2022-ci il tarixində saat 15:00-da Bakı şəhəri, Xətai rayonu,
Süleyman Əhmədov küçəsində yerləşən Heydər Əliyev adına Neft Emalı
Zavodunda yanğın-taktiki təlim keçirəcək.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, təlimin
keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından
mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da
təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin
peşəkar bacarıqlarının artırılmasından ibarətdir.