Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20,7 faiz artaraq 574,2 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 421,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 73,3 faizini təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 478,4 milyon manat olub.

Qeyd olunan müddət ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6 faiz artaraq 4016,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2905,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 72,3 faizini təşkil edib.

Teqlər: