Bakıda kasıbları təhqir edən “Gallendvagen” sürücüsü saxlanılıb

Xəbər - Samir Əli – AzerTimes:

Bakıda kasıbları təhqir edən “Gallendvagen” sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.

Teqlər: