![Bu kollecdə yoxlama: direktor işdən çıxarıldı Bu kollecdə yoxlama: direktor işdən çıxarıldı](https://azertimes.az/wp-content/uploads/bu-kollecde-yoxlama-direktor-isden-cixarildi-300x199.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bu-kollecde-yoxlama-direktor-isden-cixarildi.jpg)
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.