![Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü](https://azertimes.az/wp-content/uploads/celilabadda-dehsetli-qeza-surucu-yanaraq-oldu-300x200.jpg)
![](https://azertimes.az/wp-content/uploads/celilabadda-dehsetli-qeza-surucu-yanaraq-oldu.jpg)
Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Mersedes” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.