![“Qarabağ”ın matçına nə qədər bilet satılıb? “Qarabağ”ın matçına nə qədər bilet satılıb?](https://azertimes.az/wp-content/uploads/qarabagin-matcina-ne-qeder-bilet-satilib-300x168.jpg)
![](https://azertimes.az/wp-content/uploads/qarabagin-matcina-ne-qeder-bilet-satilib.jpg)
Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
AzerTimes xəbər verir ki, qarşılaşma üçün 12 min bilet alınıb.
Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda qalib gəlib – 2:1.