![Tramp: Ağ Evdə tapılan narkotik Hunterə məxsusdur Tramp: Ağ Evdə tapılan narkotik Hunterə məxsusdur](https://azertimes.az/wp-content/uploads/tramp-ag-evde-tapilan-narkotik-huntere-mexsusdur-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/tramp-ag-evde-tapilan-narkotik-huntere-mexsusdur.jpg)
Ağ Evdə tapılan kokain yalnız ABŞ Prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi.
AzerTimes xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib.
“ABŞ-ın saxta xəbər mediası tezliklə yazacaq ki, tapılan kokain tozu deyil, aspirin imiş. Bu söz-söhbət də tezliklə sıfırlanacaq”, – o bildirib.
Qeyd edək ki, iyulun 4-də Ağ Evdə kokain tozunun tapıldığı bildirilmişdi.