![Laçındakı mövqelərimiz atəşə tutuldu – MN Laçındakı mövqelərimiz atəşə tutuldu – MN](https://azertimes.az/wp-content/uploads/lacindaki-movqelerimiz-atese-tutuldu-mn-300x187.jpg)
![](https://azertimes.az/wp-content/uploads/lacindaki-movqelerimiz-atese-tutuldu-mn.jpg)
Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzerTimes-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.