![Aqil Abbas təltif edilməsindən danışdı: İndi xəbər verdilər… Aqil Abbas təltif edilməsindən danışdı: İndi xəbər verdilər…](https://azertimes.az/wp-content/uploads/aqil-abbas-teltif-edilmesinden-danisdi-indi-xeber-verdiler-300x181.jpg)
![](https://azertimes.az/wp-content/uploads/aqil-abbas-teltif-edilmesinden-danisdi-indi-xeber-verdiler.jpg)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə yazıçı, millət vəkili Aqil Abbası 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
AzerTimes xəbər verir ki, A. Abbas bu mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını Bakupost.az -la bölüşüb.
O qeyd edib ki, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi onda xoş hisslər doğurub:
“Mənim üçün çox xoşdur, sevinirəm. Bunu gözləmirdim. İndi zəng edib xəbər verdilər. Hələ özüm sərəncamı oxumamışam. Cənab Prezidentə əməyimi qiymətləndirdiyi üçün təşəkkür edirəm”.