Castin Trüdo: “Koronavirus pandemiyası 2021-ci ildə bitəcək”

Castin Trüdo: “Koronavirus pandemiyası 2021-ci ildə bitəcək”

Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.

Baş nazir jurnalistlərə açıqlamasında bu barədə bildirib.

C.Trüdo deyib: “Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük”.

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.