Karantin qaydasını pozan futbolçu klubdan qovuldu

Karantin qaydasını pozan futbolçu klubdan qovuldu

Belçika Krallığının “Ostende” futbol klubu qapıçısı Fabris Ondoa ilə müqaviləyə xitam verib.

Buna səbəb Kamerunlu futbolçunun koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi olub.

Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb. Bu azmış kimi, hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.