![Oğuzda şadlıq evi yandı Oğuzda şadlıq evi yandı](https://azertimes.az/wp-content/uploads/oguzda-sadliq-evi-yandi-300x225.jpg)
![](https://azertimes.az/wp-content/uploads/oguzda-sadliq-evi-yandi.jpg)
Oğuz rayonunda şadlıq sarayında yanğın olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.