Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm.
AzerTimes xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Tvitterdə yazıb.
“Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm”, – o vurğulayıb.